Ötən ay Azərbaycan qızıl ixracını 2 dəfədən çox artırıb | Banco.az

Ötən ay Azərbaycan qızıl ixracını 2 dəfədən çox artırıb

Bu ilin fevral ayında Azərbaycan xarici ölkələrə 24,7 mln ABŞ dolları dəyərində qızıl ixrac edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin mart sayında bildirilir.

Bu, 2020-ci ilin fevral ayının göstəricisi ilə müqayisədə 13,7 mln ABŞ dolları və ya 2,2 dəfə çoxdur.

Bu ilin yanvar-fevral ayları ərzində isə Azərbaycan xarici ölkələrə 34,4 mln ABŞ dolları dəyərində qızıl ixrac edib ki, bu da 2020-ci ilin ilk iki ayı ilə müqayisədə 7,1 mln ABŞ dolları və ya 26 % çoxdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram