Ötən ay Avrozonada istehsalçı qiymətləri artıb | Banco.az

Ötən ay Avrozonada istehsalçı qiymətləri artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən ay Avrozonada istehsalçı qiymətləri artım göstərib.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın oktyabr ayı üzrə PPI məlumatlarını dərc edib.

Məlumatlar göstərir ki, Aİ-də PPI oktyabr ayında əvvəlki ayla müqayisədə 0,2 faiz artıb, 2022-ci ilin eyni dövrü ilə müqayisədə isə 8,7 faiz azalıb.

Avrozonada PPI oktyabr ayında aylıq 0,2 faiz artıb, illik isə 9,4 faiz azalıb.

Bazarların proqnozu Avrozonada PPI-nin aylıq 0,2 faiz artacağı və illik 9,5 faiz azalacağı istiqamətində idi.

Aİ ölkələri arasında PPI üzrə oktyabr ayında illik ən çox azalma 25,9 faiz ilə Bolqarıstanda, 20,5 faiz ilə Belçikada və 14,7 faiz ilə Yunanıstanda qeydə alınıb. İllik PPI Lüksemburqda 18,4 faiz, Sloveniyada 2,5 faiz və Slovakiyada isə 1,1 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et