Ötən ay Avropa İttifaqında yeni avtomobillərin satışı artıb | Banco.az

Ötən ay Avropa İttifaqında yeni avtomobillərin satışı artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən ay Avropa İttifaqında (Aİ) yeni avtomobillərin satışı artıb.

Banco.az xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) oktyabr ayı üzrə Aİ ölkələrinin yeni avtomobil qeydiyyat məlumatlarını açıqlayıb.

Məlumatlara görə, Aİ ölkələrində yeni avtomobillərin satışı ötən ay 2022-ci ilin eyni dövrü ilə müqayisədə 14,6 faiz artaraq 855 min 484 ədədə çatıb.

İttifaqa üzv ölkələrdə yeni nəqliyyat vasitələrinin qeydiyyatı 2023-cü ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz artaraq 8 milyon 795 min 16 ədəd hesablanıb.

Sözügedən dövrdə Aİ ölkələrində satılan yeni avtomobillərin 33,4 faizi benzin, 28,6 faizi hibrid, 14,2 faizi elektrik, 12 faizi dizel, 8,4 faizi plug-in hibrid və 3,4 faizi isə digər yanacaq növlərinə aiddir. Elektromobillərin satışı oktyabr ayında ötən ilin eyni dövrünə görə 36,3 faiz artaraq 121 min 808 ədədə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Ölkələr üzrə nəzər saldıqda ümumi avtomobil satışı oktyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə Fransada 21,9 faiz, İtaliyada 20 faiz, İspaniyada 18,1 faiz, Almaniyada isə 4,9 faiz artıb.

İstehsalçılara görə isə “Volkswagen Group” 210 min 251 ədədlə oktyabr ayında Aİ-də ən çox yeni avtomobil satışı həyata keçirən şirkət olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et