Ötən ay ABŞ-da vakant iş yerlərinin sayı artıb | Banco.az

Ötən ay ABŞ-da vakant iş yerlərinin sayı artıb

Tamara Mustafayeva, Banco.az

İyul ayında ABŞ-da vakant iş yerlərinin sayı bazar gözləntilərinin əksinə olaraq 11 milyon 239 minə yüksəlib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ Əmək Departamenti iyul ayı üzrə JOLTS vakansiyaları ilə bağlı məlumatları açıqlayıb. JOLTS - ABŞ-ın Əmək Statistika Bürosu (BLS) tərəfindən iş vakansiyalarının ölçülməsinə kömək etmək üçün aparılan iş yerləri və əmək dövriyyəsi sorğusudur.

Məlumatlara görə, iyul ayında ölkədə vakant yerlərin sayı əvvəlki ayla müqayisədə 199 min artaraq 11 milyon 239 minə çatıb. Ekspertlər isə bu göstəricinin 10 milyon 475 min olacağını proqnozlaşdırmışdılar.

Xatırladaq ki, ardıcıl 3 ay müşahidə olunan azalmadan sonra ilk dəfə artan vakant iş yerlərinin sayı iyun ayında 11 milyon 40 min olaraq qeyd edilmişdi.

Bu dövrdə vakant iş yerlərinin sayının artdığı sektorlar nəqliyyat və anbar, incəsənət, əyləncə və istirahət, dövlət idarələri və təhsildir. Davamlı malların istehsalı sektorunda isə vakant iş yerlərinin sayı azalıb. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, iyulda işə qəbul sayı da 74 min nəfər azalaraq 6 milyon 382 min nəfər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et