Müəllif: Tamara Mustafayeva, Banco.az
Ötən ay ABŞ-da özəl sektor məşğulluğu cüzi artım göstərib.
Banco.az xəbər verir ki, ABŞ-da özəl sektorda məşğulluğun artımı iqtisadçıların gözləntilərindən bir qədər aşağı olub.
ABŞ-da özəl sektor məşğulluğu noyabrda 146 min nəfər artıb.
“Bloomberg” sorğusunda iştirak edən iqtisadçılar artımın 150 min olacağını gözləyirdilər.
Məlumatlar məşğulluq artımının sektorlar üzrə qeyri-bərabər olduğunu göstərib. Təhsil, səhiyyə xidmətləri və tikinti sektorları artıma liderlik edərkən, istehsalat məşğulluğu son bir ildə ən böyük azalmaya imza atıb.
Əyləncə və maliyyə xidmətləri sektorlarında da işə qəbul zəif olub.
Bizi sosial şəbəkələrdən izləyin!!