Ötən ay ABŞ büdcəsi 262 milyard dollar kəsirlə üzləşib | Banco.az

Ötən ay ABŞ büdcəsi 262 milyard dollar kəsirlə üzləşib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən ay ABŞ federal hökumətinin büdcə kəsiri gəlirlərin azalması və xərclərin artması nəticəsində 262 milyard dollar təşkil edib.

Banco.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi fevral ayı üzrə büdcə balansı hesabatını açıqlayıb.

Buna görə, 1 oktyabr 2022-ci ildə başlayan və 30 sentyabr 2023-cü ildə sona çatacaq 2023 maliyyə ilinin beşinci ayında federal hökumətin büdcə kəsiri 262 milyard dollar olaraq hesablanıb.

Sözügedən dövrdə hökumətin gəlirləri əvvəlki ilin eyni ayı ilə müqayisədə təxminən 10 faiz azalaraq 262 milyard dollara, xərcləri isə 4 faiz artaraq 525 milyard dollara düşüb.

Federal hökumətin ötən ilin eyni ayında isə 217 milyard dollarlıq büdcə kəsiri var idi. Bu da onu göstərir ki, büdcə kəsiri əvvəlki ilin eyni ayı ilə müqayisədə 21 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bu dövrdə büdcə balansı ilə bağlı bazar proqnozu büdcənin 256 milyard dollar kəsir verəcəyi istiqamətində idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et