Ötən ay ABŞ büdcəsi 240 milyard dollarlıq kəsirlə üzləşib | Banco.az

Ötən ay ABŞ büdcəsi 240 milyard dollarlıq kəsirlə üzləşib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən ay ABŞ büdcəsi 240 milyard dollarlıq kəsirlə üzləşib.

Banco.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi may ayı üzrə büdcə balansı hesabatını dərc edib.

Hesabatda qeyd olunur ki, 1 oktyabr 2022-ci ildə başlayan və 30 sentyabr 2023-cü ildə sona çatacaq 2023 maliyyə ilinin 8-ci ayında federal hökumətin büdcə kəsiri 240 milyard dollar olaraq hesablanıb.

Xatırladaq ki, Federal hökumət ötən ilin eyni ayında 66 milyard dollarlıq büdcə kəsiri ilə üzləşmişdi. Bununla da, büdcə kəsiri əvvəlki ilin eyni ayına nəzərən 263 faiz artım göstərib.

Bu dövrdə büdcə balansı ilə bağlı bazar proqnozları büdcənin 236 milyard dollar kəsir verəcəyi istiqamətində idi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et