Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana bu ilin yanvar-aprel aylarında 609 ədəd yalnız elektriklə işləyən (elektromobil) avtomobil idxal edilib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, ötən 4 ayda ölkənin elektromobil idxalının dəyəri isə 20 milyon 411 min dollar olub. 2025-ci ilin yanvar-aprel aylarında elektromobil idxalı 2024-cü ilin eyni ayları müqayisədə miqdar baxımından 403 ədəd, dəyər ifadəsində isə 23 milyon 18 min dollar və ya 2,1 dəfə azalıb.
Xatırladaq ki, 2024-cü ilin eyni dövründə idxal edilən elektromobillərin sayı 1 012 ədəd, dəyəri 43,4 milyon dollar təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!