Müəllif: Gülnar Əhmədli, Banco.az
Ötən 2 ay ərzində Azərbaycana 247 milyon 612 min dollar dəyərində 13 299 ədəd avtomobil idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 5% və ya 640 ədəd azalıb.
Avtomobil idxalına çəkilən xərc isə 24,2% və ya 48 milyon 294 min dollar artıb.
Qeyd edək ki, 2023-cü ilin müvafiq dövründə Azərbaycana 199,3 milyon dollar dəyərində 13 min 939 ədəd avtomobil idxal edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!