Elə günümüz olmur ki, nəqliyyat hadisəsi baş vermədən ötüşsün, hamını narahat edən əsas məsələ isə dəymiş zərərin ödənişidir. Nəqliyyat vasitəsinə dəyən zərəri kim ödəməlidir?
“ОСАГО” terminin açıqlaması rus dilində belə səslənir: «обязательное страхование гражданской ответственности владельцев транспортных средств» (Nəqliyyat vasitələri sabibklarlarının mülki məsuliyyətinin icbarı sığortası). Söhbət Azərbaycan dilində isə hamımıza yaxşı bəlli olan icbarı sığortadan gedir. Yəni “ОСАГО” elə icbari sığorta deməkdir.
Əgər siz avtomobil idarə edirsinizsə, sizin mütləq qaydada icbarı sığorta şəhadətnaməniz olmalıdır, icbarı elə məcburi deməkdir :)
Bu sığorta yol nəqliyyat hadisəsinə məruz qalmış insanları qorumaq üçün vacibdir.
“ Əgər siz öz avtomobilinizdə başqa bir avtomobilə dəymiş, onu zədələmiş və ya yararsız hala salmısınızsa, hər hansı bir marketin vitrini ilə toqquşub, hasarı və ya evi, yolun kənarındakı reklam lövhəsini, işıqforu zədələyib və ya kimisə avtomobil ilə vurmusunuzsa, həmçinin bu kimi hadisələr olubsa və Yol Nəqliyyat Hadisəsinin səbəbkarı sizsinizsə, onda sığorta şirkəti sığorta məbləğinin həcmi çərçivəsində dəymiş zərəri sizin əvəzinizə ödəyəcək.”
Yəni sizin avtomobilinizə dəyən zərər deyil, sizin səhviniz səbəbindən digər nəqliyyat vasitəsinə, şəxsə və ya əmlaka dəymiş zərər ödəniləcək.
Aşağıdakı avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı digər şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir:
Mühərrikinin silindrinin həcmi 50 sm3-dən artıq olan aşağıdakı avtonəqliyyat vasitələri:
- Minik avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;
- Yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;
- Mikroavtobuslar, avtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;
- Motosiklеtlər və motorollerlər;
- Traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələri
- Trollеybuslar və tramvaylar.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqları
|
Sığorta haqqı (AZN) |
|
|||
Fiziki şəxs üçün |
Hüquqi şəxs üçün |
Xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan |
|
||
Fiziki şəxs üçün |
Hüquqi şəxs üçün |
|
|||
1 |
Minik avtomobillərinin və onların bazasında istehsali edilmiş digər avtonəqliyyat vasitələri – mühərriklərinin həcminə görə |
|
|
|
|
|
- 50 sm3 – 1500 sm3 |
50 |
60 |
12.5 |
15 |
|
- 1501 sm3 – 2000 sm3 |
75 |
90 |
18.75 |
22.5 |
|
- 2001 sm3 – 2500 sm3 |
100 |
120 |
25 |
30 |
|
- 2501 sm3 – 3000 sm3 |
125 |
150 |
31.25 |
37.5 |
|
- 3001 sm3 – 3500 sm3 |
150 |
180 |
37.5 |
45 |
|
- 3501 sm3 – 4000 sm3 |
175 |
210 |
43.75 |
52.5 |
|
- 4001 sm3 – 4500 sm3 |
200 |
240 |
50 |
60 |
|
- 4501 sm3 – 5000 sm3 |
225 |
270 |
56.25 |
67.5 |
|
- 5000 sm3 – dən çox |
250 |
300 |
62.5 |
75 |
2 |
Avtobuslar, mikroavtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri – sərnişin yerlərinin sayına görə |
|
|
|
|
|
9 – 16 |
150 |
180 |
37.5 |
45 |
|
16 – dan artıq |
200 |
240 |
50 |
60 |
3 |
Yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri – icazə verilən maksimum kütləsinə görə |
|
|
|
|
|
3500 kq-dan çox olmadıqda |
150 |
180 |
37.5 |
45 |
|
3501 kq – 7 000 kq |
200 |
240 |
50 |
60 |
|
7000 kq – dan yuxarı |
250 |
300 |
62.5 |
75 |
4 |
Motosikletlər və motorollerlər |
50 |
60 |
12.5 |
15 |
5 |
Qoşqular və yarımqoşqular |
25 |
30 |
6.25 |
7.5 |
6 |
Traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələr |
50 |
60 |
12.5 |
15 |
7 |
Trolleybuslar və tramvaylar |
100 |
120 |
|
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri
- Bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə - 5 000 (beş min)
- Üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə - 5 000 (beş min)
- Bir hadisə üzrə - 50 000 (əlli min)
2014-cü ilin aprel ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 2,056 sığorta tələbi üzrə 2,641,866 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ödənilmiş sığorta tələblərinin və həmin tələblər üzrə həyata keçirilmiş sığorta ödənişlərinin zərərin növü üzrə bölgüsü aşağıdakı kimi olmuşdur:
NV-nə dəyən zərər üzrə |
Əmlaka dəyən zərər üzrə |
Sağlamlığa dəyən zərər üzrə |
Şəxsin ölümü üzrə |
Cəmi |
|||||
Say |
Məbləğ |
Say |
Məbləğ |
Say |
Məbləğ |
Say |
Məbləğ |
Say |
Məbləğ |
1,908 |
2,347,066 |
69 |
109,800 |
56 |
70,000 |
23 |
115,000 |
2,056 |
2,641,866 |
Ötən ilin müvafiq dövrü ilə müqayisədə həyata keçirilən sığorta ödənişlərinin məbləğində 26% artım müşahidə edilmişdir.
2014-cü ilin aprel ayında avtomobillərə dəymiş zərərə görə verilmiş sığorta ödənişlərinin orta məbləği 1,230 manat təşkil etmişdir.
Ümumilkdə yanvar-aprel ayları ərzində Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə 7,7 milyon manatdan çox sığorta ödənişi həyata keçirilmişdir.