"Orta hesabla hər 4 nəfərdən birinin banka borcu var" | Banco.az

"Orta hesabla hər 4 nəfərdən birinin banka borcu var"

Bu barədə iqtisadçı alim Vüqar Bayramov sosial şəbəkədə paylaşdığı fikirlərində qeyd edib.

Əslində, xeyli müddət öncə, neftin dünya bazar qiyməti yüksək olan zamanlarda, bank sektorunda “köpüklərin” yarandığını və bunun bir gün partalayacağını bildirmişdim. Məsələ ondadır ki, kreditlərin dəyər ifadəsi ilə yanaşı borculaların sayının çoxluğu da məhz bank sektorunda uzun müddət “pramida” prinsipinin formalaşdığından xəbər verir. 3 il öncə bir sıra banklar ödəmə qabiliyyətini yoxlamadan hətta çayxanalarda kredit kartları paylayanda və Mərkəzi Bank bütövlükdə prosesə müdaxilə etməyəndə biz bu bu köpüklərin müəyyən zamandan sonra partlayacağını demişdik. Nəticədə, baş bankın öz məlumatına görə, hal-hazırda borclananların sayı 2 milyon 532 min 712 nəfərə çatıb.

Bunların böyük əksəriyyəti isə istehlak kreditlərindən istifadə edən vətəndaşlardır. Belə ki, 2 milyon 497 min 609 nəfər fərdi borclanandır. Borclanan hüquqi şəxslərin sayı cəmi 11 min 241 şəxsdir. 2 milyondan artıq olan borclanan arasında sahibkarlıq subyektlərinin sayı cəmi 23 min 862 iş qurumudur. Fərdi borclananların sayı ondan xəbər verir ki, hal-hazırda orta hesabla hər ailədə ən azı bir borclu var. Yəni, orta hesabla hər bir ailə banka borcludur.

Ən sərfəli kredit üçün müraciət et

Deməli, Mərkəzi Bankın qərari hər bir ailəyə təsir edəcək addımdır və ən azı bu baxımdan baş bank kompensasiya mexanizmini tətbiq etməlidir. Problem heç də borclananlar ilə tamamlanmır. Hal-hazırda Azərbaycanda 1 milyon 205 min 81 zamin var. Bu o deməkdir ki, ölkədə orta hesabla hər 4 nəfərdən birinin banka borcu var və orta hesabla hər 8 nəfərdən biri isə zamindir. Yəni, milyondan artıq vətəndaş zamin kimi banklardan gələn zəngləri gözləyirlər və ya cavablandırırlar.

Göründüyü kimi, istər bocrun dəyər, istər say ifadəsi göstərir ki, bu gün sadəcə vətəndaşların borc öhdəliyinin azalması deyil, eyni zamanda bank sektorunun qorunması məhz kompensasiya mexanizmdən asılıdır.