Orta aylıq nominal əməkhaqqı artıb | Banco.az

Orta aylıq nominal əməkhaqqı artıb

Sentyabrda ölkə üzrə orta aylıq nominal əməkhaqqı 723,4 manat təşkil edib. Dövlət Statistika Komitəsindən bildirilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə reallaşdırılan kompleks sosial islahatlar nəticəsində ölkədə minimum aylıq əməkhaqqı məbləğinin 250 manata qaldırılması, dövlət qulluqçularının, dövlət büdcəsindən maliyyələşən bir sıra idarə, müəssisə və təşkilatlarda, dövlət neft şirkətində çalışan işçilərin əmək haqlarının əhəmiyyətli dərəcədə artırılması, bununla əlaqədar özəl sektorda çalışanların da əmək haqlarının yüksəlməsi və bu sahədə şəffaflaşma proseslərinin sürətləndirilməsi nəticəsində sentyabrda ölkə üzrə orta aylıq nominal əməkhaqqı 723,4 manata çatıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 35,8 faiz, cari ilin avqust ayı ilə müqayisədə isə 21,6 faiz çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç