“Oracle” rüblük gəlirini artırıb | Banco.az

“Oracle” rüblük gəlirini artırıb

Müəllif:Ayşən İmanova/Banco.az

Dünyanın ən böyük proqram təminatı istehsalçılarından biri olan Amerikanın “Oracle” şirkəti birinci maliyyə rübündə xalis mənfəətini 20%, gəlirini isə 7% artırıb.

Banco.az xəbər verir ki, avqustun 31-də başa çatan rübdə şirkət ötən ilin eyni dövründəki 2,42 milyard dollar ilə müqayisədə 2,93 milyard dollar xalis gəlir əldə edib.

Şirkətin rüblük gəliri bir il əvvəlki 12,45 milyard dollara qarşı 13,31 milyard dollar təşkil edib.

“Oracle”ın bulud xidmətləri və lisenziya dəstəyi bölməsindən əldə olunan gəlir birinci maliyyə rübündə 7% artaraq 10,52 milyard dollara çatıb (bazar proqnozu - 10,47 milyard dollar olub).

Şirkət ikinci rübdə səhm başına 1.45-1.49 dollar arasında düzəliş edilmiş mənfəəti proqnozlaşdırır və gəlirin illik müqayisədə 7% - 9% artacağını gözləyir.

Ən sərfəli kredit üçün müraciət et

Bazar ertəsi əlavə hərraclarda şirkətin səhmləri 8,9% bahalaşıb. Bu ilin əvvəlindən şirkətin bazar dəyəri 32,7% artaraq 390,8 milyard dollara çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et