Oppo-nın yeni texnologiyası, internet və mobil şəbəkələr olmadan zəng etməyə və ünsiyyət qurmağa imkan verir | Banco.az

Oppo-nın yeni texnologiyası, internet və mobil şəbəkələr olmadan zəng etməyə və ünsiyyət qurmağa imkan verir

“Oppo” öz yeni “MeshTalk” texnologiyasını nümayiş etdirib. Bu texnologiya vasitəsilə istifadəçilər mobil şəbəkələrə, “Bluetooth” və internetə qoşulmadan zənglər edə və mesajlar göndərə biləcəklər.

“MeshTalk” texnologiyası radiotezlik əlaqəsidir, radiusu yalnız üç kilometrdir və ancaq şirkətin smartfonları arasında işləyəcək.

Texnologiyanın təqdimatında deyilir ki, “MeshTalk” rejimində apparat üç günə qədər işləyəcək.

Ən sərfəli kredit üçün müraciət et

“MeshTalk” eyni rayon ərazisində yaşayan və çoxlu sayda zəng edənlər üçün xüsusilə faydalı olacaq və dostları ilə daim əlaqə saxlamaq istəyən gənclər tərəfindən yüksək qiymətləndiriləcək.

“MeshTalk”ın smartfonlara nə zaman tətbiq ediləcəyi, hələ ki, dəqiq bildirilmir.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et