"OpenAI"ın "Sora" proqramı "App Store"da üçüncü yerə yüksəlib | Banco.az

"OpenAI"ın "Sora" proqramı "App Store"da üçüncü yerə yüksəlib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“OpenAI”n “Sora” proqramı “App Store” üçüncü yerə yüksəlib.

Banco.az xəbər verir ki, süni intellekt nəhəngi “OpenAI”ın süni intellekt videoları üçün hazırladığı “Sora” tətbiqi ilk mərhələdə yalnız dəvətlilərə açıq olmasına və təqdimat zamanı ABŞ və Kanadadakı istifadəçilərlə məhdudlaşdırılmasına baxmayaraq, qısa zamanda viral uğur qazanıb. "Appfigures”in yeni məlumatlarına görə, ilk günündə 56 min yüklənmə əldə edən “Sora” ABŞ “App Store”unda ümumi olaraq ən yaxşı 3 tətbiq arasında yer alıb.

Şirkət süni intellekt dəstəkli video texnologiyasını sosial platforma ilə birləşdirərək istifadəçilərə həm öz videolarını yaratmaq, həm də dostları ilə bölüşmək imkanı təqdim edir.

Şirkətin hesablamalarına görə, “Sora” iOS tətbiqi 30 sentyabr və 1 oktyabr tarixlərini əhatə edən ilk iki gündə ümumilikdə 164 min dəfə yüklənib. İlk gün göstəriciləri “Sora” təqdimat marəsimini, “Anthropic”in Claude və “Microsoft”un Copilot tətbiqləri də daxil olmaqla digər böyük süni intellekt tətbiqlərinin performansının önünə çıxarır və “xAI”ın Grok təqdimatı ilə eyni səviyyəyə gətirir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram