OpenAI "SearchGPT" axtarış sistemini işə salacaq | Banco.az

OpenAI "SearchGPT" axtarış sistemini işə salacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

OpenAI "SearchGPT" axtarış sistemini işə salacaq.

Banco.az xəbər verir ki, süni intellekt çatbotu ChatGPT-nin tərtibatçısı OpenAI yeni axtarış funksiyalarının prototipi olan “SearchGPT”ni sınaqdan keçirdiyini açıqlayıb.

Bildirilib ki, “SearchGPT” istifadəçilərə “aydın və uyğun resurslarla sürətli və vaxtında cavablar” təqdim etmək üçün süni intellekt modellərinin gücünü internetdən alınan məlumatlarla birləşdirmək üçün nəzərdə tutulub. Həmçinin qeyd olunub ki, sözügedən axtarış sisteminin istifadəsi rəy almaq üçün kiçik bir istifadəçi və nəşriyyat qrupu ilə başlayacaq.

Bu prototipin müvəqqəti olduğu və sözügedən xüsusiyyətlərin ən yaxşılarının gələcəkdə birbaşa ChatGPT-yə inteqrasiyasının planlaşdırıldığı bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Açıqlamada qeyd edilib ki, “SearchGPT” istifadəçilərin suallarını internetdə ən son məlumatlarla tez və birbaşa cavablandıracaq, müvafiq resurslara aydın bağlantılar təqdim edəcək, həmçinin istifadəçilər axtarış zamanı sanki söhbət edirmiş kimi əlavə suallar verə biləcəklər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et