"OpenAI" maliyyə vəsaitlərinin artırılması üçün danışıqlar aparır | Banco.az

"OpenAI" maliyyə vəsaitlərinin artırılması üçün danışıqlar aparır

Müəllif: Tamara Mustafayeva, Banco.az

"OpenAI" maliyyə vəsaitlərinin artırılması üçün danışıqlar aparır.

Banco.az xəbər verir ki, ChatGPT-nin təsisçisi "OpenAI"nin dəyərini 100 milyard dollardan çox artıracaq yeni bir maliyyə raundu üçün danışıqlar apardığı bildirilir.

Bu barədə "Wall Street Journal"ın mövzu ilə bağlı məlumatlı mənbələrə əsaslanaraq dərc etdiyi xəbərdə deyilir.

Xəbərə görə, vençur kapitalı firması "Thrive Capital" bu raundda rəhbərlik edib və təxminən 1 milyard dollar sərmayə qoyacaq.

Bildirilib ki, "Microsoft"un da investisiya qoyuluşu edəcəyi gözlənilir. Qeyd edilir ki, yeni maliyyələşdirmə mərhələsi "Microsoftun 2023-cü ilin yanvarında təxminən 10 milyard dollar sərmayə qoymasından sonra "OpenAI"a ən böyük xarici kapital qoyuluşu olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "OpenAI" şirkətinin bazar dəyəri ötən ilin sonunda 86 milyard dollar səviyyəsində ölçülüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram