"OpenAI" "iPhone" smartfonlarında "ChatGPT"ni işə salıb | Banco.az

"OpenAI" "iPhone" smartfonlarında "ChatGPT"ni işə salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“OpenAI” “iPhone” istifadəçiləri üçün “ChatGPT”ni işə salıb.

Banco.az xəbər verir ki, “OpenAI” tərəfindən hazırlanan “ChatGP” çatbotu həyatımızın bir çox sahəsində işlərimizi asanlaşdırarkən gündəlik həyatda süni intellektdən istifadənin bizə nə qədər yaxın ola biləcəyini göstərir.

Təqdim edildiyi gündən bu yana 100 milyondan çox istifadəçiyə çatan “ChatGPT” indi də “iPhone” istifadəçiləri üçün əlçatan olacaq.

Veb brauzer versiyasında kod yazmaq, məqalələr yaratmaq və mürəkkəb fəlsəfi məsələləri ikinci kurs tələbəsinin belə anlayacağı şəkildə izah etmək kimi imkanları olan “ChatGPT” bu dəfə iOS tətbiqi ilə “App Store”da istifadəçilərin suallarına cavab vermək, səyahət planları hazırlamaq, gündəlik iş prosesində kömək etmək və hətta yeni bir dil öyrətmək kimi xüsusiyyətləri ehtiva edir.

Tətbiq hazırda “App Store”da pulsuz olsa da, 20 dollara əlavə funksiyalarla aylıq abunə almaq imkanı da təklif edir. Hazırda yalnız ABŞ-dakı istifadəçilərin ixtiyarına verilən proqram yaxın günlərdə digər ölkələrdə də istifadəyə veriləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram