"OpenAI" "GPT-4 Turbo"nu təqdim edib | Banco.az

"OpenAI" "GPT-4 Turbo"nu təqdim edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da fəaliyyət göstərən “Open AI” süni intellekt şirkəti ChatGPT-ni gücləndirən yeni GPT dil modeli “GPT 4 Turbo”nu təqdim edib.

Banco.az xəbər verir ki, “Turbo” versiyası mühüm yeniliklərlə gəlib.

Belə ki, “GPT-4 Turbo”nun iki versiyası mövcud olacaq. Biri sırf mətn analizini həyata keçirən versiya, digəri mətn və şəkillərin kontekstini anlayan ikinci versiyadır. 

Süni intellektə əsaslanan yeni dil modelində istifadəçilərin seçim edə biləcəyi altı səs qeyd ediləcək. Bununla da istənilən sualın cavabını müxtəlif səslərlə eşitmək mümkün olacaq.

Qeyd edək ki, şirkət "daha güclü və daha ucuz" kimi təsvir etdiyi hər iki versiyanı yaxın həftələrdə ümumi istifadəyə verməyi planlaşdırdığını açıqlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et