Müəllif:Ayşən İmanova/Banco.az
Amerikanın “OpenAI” şirkəti “ChatGPT” çat-botuna əsaslanan axtarış sistemini işə saldığını elan edib.
Banco.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, birinci mərhələdə axtarış ödənişli abunəliyə qeydiyyatdan keçən “ChatGPT” istifadəçiləri, sonra isə digərləri üçün əlçatan olacaq.
İyul ayında şirkət süni intellekt (AI) modellərindən istifadə edərək yeni internet axtarış xüsusiyyətlərinin "müvəqqəti prototipini" sınaqdan keçirdiyini bildirmişdi. Prototip kiçik bir qrup istifadəçi və naşirlər üçün təqdim edildi.
“OpenAI” qeyd edir ki, axtarış sistemi “Associated Press” və “Financial Times” daxil olmaqla xəbər partnyorlarının dəstəyi ilə yaradılıb.
“ChatGPT”nin artıq təlim korpusuna daxil edilməyən cari hadisələrlə bağlı suallara cavab verə biləcəyi gözlənilir.