"OpenAI" bu il ilk cihazını təqdim edəcək | Banco.az

"OpenAI" bu il ilk cihazını təqdim edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

"OpenAI" bu il ilk cihazını təqdim edəcək.

Banco.az xəbər verir ki, “OpenAI” ilk cihazını 2026-cı ildə bazara çıxarmağı hədəfləyir və bu cihazın qulaqlıq olması gözlənilir.

“OpenAI” ötən il keçmiş “Apple” dizayn rəhbəri Coni Ayvın təşəbbüsü olan “io” şirkətini satın aldıqdan sonra aparat (hardware) sahəsində böyük maraq doğurmuşdu. Şirkət qarşıdan gələn məhsulla bağlı detalları gizli saxladığı halda, “OpenAI”nin Qlobal Əlaqələr üzrə rəhbəri Kris Lihen Davosda “Axios”un ev sahibliyi etdiyi paneldə bildirib ki, süni intellekt startapı bu ilin ikinci yarısında ilk aparat cihazını elan etməyə hazırlaşır.

Keçən ilin noyabr ayında Altman potensial cihazı iPhone-larla müqayisədə daha sakit və rahat bir təcrübə təqdim edən məhsul kimi təsvir etmişdi. Daha əvvəl yayımlanan xəbərlər isə şirkətin ekransız və cibə sığa bilən bir cihaz hazırlamaq istədiyini göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram