Müəllif:Ayşən İmanova/Banco.az
“ChatGPT” chat-botunun yaradıcısı olan “OpenAI” Tokioda ofis açıb. Bu, şirkətin Asiyada ilk ofisidir.
Banco.az xəbər verir ki, “OpenAI”-nin baş direktoru Sem Altmanın sözlərinə görə, Tokio texnologiya, xidmət mədəniyyəti və innovasiya ruhunda qlobal liderliyinə görə seçilib.
Şirkət həmçinin Tadao Naqasakini Yaponiya bölməsinin prezidenti təyin edib və o, kommersiya fəaliyyətləri və bazarla bağlı səylərə cavabdeh olacaq.
“OpenAI” yapon şirkətlərinə yapon dili üçün optimallaşdırılmış xüsusi GPT-4 modelinə erkən giriş imkanı verəcək.
Qeyd edək ki, Yaponiyada ChatGPT dövlət qurumları, həmçinin Daikin və Toyota kimi korporasiyalar tərəfindən istifadə olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!