"OPEC+"ın qərarından sonra neft kəskin bahalaşıb | Banco.az

"OPEC+"ın qərarından sonra neft kəskin bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“OPEC+”ın hasilatın azaldılması ilə bağlı sürpriz qərarından sonra neft bazarlarında kəskin bahalaşma müşahidə olunmaqdadır.

Banco.az xəbər verir ki,OPEC+” koalisiyası neft hasilatının gündəlik bir milyon barel azaldılması ilə bağlı gözlənilməz qərar verməklə son dövrlərdə tədarükün sabit saxlanılacağına dair strategiyasını təxirə salıb.

Qərardan sonra ABŞ xam neftində 8 faizə qədər bahalaşma qeydə alınıb.

5 faizə yaxın bahalaşan Brent markalı neft isə hazırda 85,52 dollara satılır.

Qeyd edək ki, “OPEC+” ölkələri may ayından etibarən gündəlik neft hasilatını 1 milyon bareldən çox azaltmalı olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et