“OPEC”in neft hasilatı ötən ay azalıb | Banco.az

“OPEC”in neft hasilatı ötən ay azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“OPEC”in neft hasilatı yanvar ayında azalıb.

Banco.az xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı yanvar ayında əvvəlki ayla müqayisədə gündəlik 350 min barel azalaraq təxminən 26 milyon 340 min barelə geriləyib.

“OPEC”in aylıq neft bazarı hesabatına görə, xam neft hasilatı yanvar ayında ən çox Liviya, Küveyt, İraq və Əlcəzairdə azalıb.

Hasilatın artdığı ölkələrə Birləşmiş Ərəb Əmirlikləri rəhbərlik edib. Bu ölkəni qrupun ən böyük istehsalçısı Səudiyyə Ərəbistanı izləyib.

“OPEC” xam neftinin ümumi qlobal hasilatdakı payı isə ötən ay əvvəlki ayla müqayisədə 0,2 faiz azalaraq 25,9 faizə düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu il “OPEC”in xam neftinə tələbatın ötən illə müqayisədə gündəlik 1 milyon barel artaraq 28,4 milyon barelə çatacağı gözlənilir. Bu il qlobal neft tələbinin isə ötən ilə nisbətən 2 milyon 240 min barel artaraq 104 milyon 400 min barelə çatacağı proqnozlaşdırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram