"OPEC"in neft hasilatı ötən ay 80 min barel azalıb | Banco.az

"OPEC"in neft hasilatı ötən ay 80 min barel azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

"OPEC"in neft hasilatı iyunda gündəlik 80 min barel azalıb.

Banco.az xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq neft bazarı hesabatına əsasən, xam neft hasilatı iyun ayında ən çox Səudiyyə Ərəbistanında azalıb. Gündəlik neft hasilatında əsas artım isə Liviya və Venesuelada baş verib.

Belə ki, qrupun ən böyük neft istehsalçısı Səudiyyə Ərəbistanında hasilat gündəlik 76 min barel azalıb. Sözügedən dövrdə gündəlik hasilat Liviyada 24 min barel, Venesuelada isə 21 min barel artıb.

"OPEC"in xam neft hasilatı iyunda əvvəlki ayla müqayisədə gündəlik 80 min barel azalaraq 26 milyon 566 min barelə düşüb. 

Bu dövrdə "OPEC" və "OPEC"ə daxil olmayan bəzi istehsalçı ölkələrdən ibarət "OPEC+" qrupunun gündəlik ümumi xam neft hasilatı əvvəlki ayla müqayisədə 125 min barel azalaraq 40 milyon 801 min barel hesablanıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, "OPEC" bu il üzrə qlobal neft tələbi ilə bağlı proqnozunu isə dəyişməyib. Qrupun proqnozuna görə, qlobal neft tələbinin bu il ötən ilə nisbətən gündəlik 2 milyon 250 min barel artaraq 104 milyon 460 min barelə çatacağı gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et