Əlcəzairin energetika naziri Mustafa Guitouni, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) növbəti iclasda yeni hasilatın azaldılması qərarı verə biləcəyini deyib.
Guitouni, neft bazarlarının indilərdə sabitlik qazanmaqda olduğunu, ancaq Liviya və Venesuelanın hələ də bazar sabitliyi üçün təhlükə yaratdığını qeyd edib.
Açıqlamadan sonra neft qiymətləri yüksəlib. Bakı vaxtı ilə saat 16:30-da Brent nefti 2,3% bahalaşma ilə 62,90 dollardan alıcı tapıb.
marja