OPEC yaxın gələcəkdəki qlobal neft tələbi ilə bağlı proqnoz verib | Banco.az

OPEC yaxın gələcəkdəki qlobal neft tələbi ilə bağlı proqnoz verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

2045-ci ildə qlobal neft tələbinin 2021-ci ilə nəzərən gündəlik 13 milyon barel artımla 109,8 milyon barelə çatacağı proqnozlaşdırılır.

Banco.az xəbər verir ki, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) 2045-ci ilə qədər qlobal iqtisadiyyat, neft və enerji tələb ilə təklifi üzrə orta və uzunmüddətli proqnozları əks etdirən “2022 Dünya Neft Görünüşü” hesabatına əsasən, pandemiyanın ən kəskin təzahür etdiyi 2020-ci il neft sənayesində tələbin ən aşağı olduğu il kimi qeydə alınıb.

2021-ci il isə post-pandemiya dövrünün iqtisadi dirçəlmə və vaksinasiya nisbətlərinin artması ilə tələbdə ən böyük sıçrayışın reallaşdığı il olub.

Ötən il qlobal ümumi daxili məhsul (ÜDM) 5,8 faiz artaraq neft tələbinin artmasına təkan verdi ki, bu dövrdə qlobal neft tələbatı gündəlik 5,7 milyon barel artım göstərib.

Rusiya-Ukrayna müharibəsindən sonra zəif iqtisadi artımla bağlı narahatlıqlar neft tələbi perspektivinə mənfi təsir göstərdi. Dünyanın ikinci ən böyük neft istehlakçısı olan Çində davam edən pandemiya məhdudiyyətləri də tələblə bağlı narahatlıqları artırdı.

Hesabata görə, sadalanan amillərin təsiri ilə 2023-cü ildə neft tələbinin pandemiyadan əvvəlki səviyyəyə qayıdacağı, geosiyasi gərginliyin başa çatacağı və enerji təhlükəsizliyinin ön plana çıxacağı gözlənilir.

Qlobal neft tələbinin 2027-ci ildə ötən illə müqayisədə gündəlik 10 milyon barel artaraq təqribən 107 milyon barelə, uzunmüddətli perspektivdə isə təqribən 13 milyon barel artaraq 2045-ci ildə 109,8 milyon barelə çatacağı proqnozlaşdırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram