OPEC üzvü olmayan ölkələr gündəlik neft hasilatını 600 min barel azaldacaq | Banco.az

OPEC üzvü olmayan ölkələr gündəlik neft hasilatını 600 min barel azaldacaq

Rusiya və daha 3 qeyri-OPEC ölkəsinin neft hasilatını 591 min barel/gün azaltması gözlənilir. "Forexpf.ru" saytına istinadən verdiyi xəbərə görə, OPEC üzvü olmayan ölkələr arasında gündəlik hasilatı ən çox azaldan Rusiya (300 min barel) olacaq. Rəsmi Moskva hasilatın tədricən, 2017-ci ilin ilk yarısının sonuna qədər azaldacağını bildirib. Omanın hasilatı 45 min barel/gün, Meksikanın 215 min barel/gün azatması gözlənilir. Azərbaycanın isə 2017-ci ildə hasilatı gündə 31 min barel və ya 3,7% azaltması ehtimal edilir. Qeyd edək ki, bu barədə açıqlama hökumət mənbələrindən alınan qeyri-rəsmi məlumatlara əsaslanır.

Qazaxıstan tərəfinin yeni istismara verilən "Kaşaqan" yatağından neft ixracına başlaması səbəbindən hasilatı azaltması gözlənilmir. Norveçin "Rystad Energy" neft-qaz araşdırma şirkətinin məlumatına əsasən,  Qazaxıstanın 2017-ci ildə hasilatı 174 min barel/gün və ya 12,5% artıraraq 1,56 mln. barel/günə çatdırması proqnozlaşdırılır. Həmçinin, Braziliyanın gələn il hasilatı 148 min barel/gün və ya 6% artıraraq 2,6 mln. barel/günə çatdırması ehtimal edilir. Norveç isə hasilatı azaltmayacağını açıqlayıb. "Rystad Energy"ə görə, Norveçdə hasilatın 43 min barel/gün və ya 2,7% azalaraq 1,57 mln. barel/gün təşkil edəcəyi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, OPEC üzvü olmayan ölkələr dekabrın 9-da Dohada (Qətər) toplanacaq. İclasda Azərbyacanın da iştirak edəcəyi gözlənilir.

Mənbə: Report.az