"OPEC üzrə təcili toplantının keçirilməsi istisna edilir" | Banco.az

"OPEC üzrə təcili toplantının keçirilməsi istisna edilir"

Azərbaycan Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC+ üzrə nazirlərin təcili toplantısının keçirilməsini istisna edir.

Bu barədə Azərbaycanın Energetika naziri Pərviz Şahbazov YAP-ın qərargahında keçirilən mətbuat konfrans zamanı bildirib.

Onun sözlərinə görə, bu yaxınlarda Səudiyyə Ərəbistanın neft obyektlərinə edilən hücumlar ümumi dünya bazarlarında neftə olan qiymətlərə böyük təsir göstərməyib. 

Ən sərfəli kredit üçün müraciət et

İnsidentdən sonra bir neçə gün neft bazarında qeyri-stabillik yer alsa da, hazırda vəziyyət normallaşıb. 

P. Şahbazovun sözlərinə görə, o, OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo ilə telefonla danışıqlar aparıb və tərəflər hazırda neft bazarında olan vəziyyəti müzakirə edib: “Hazırda belə bir görüşün keçirilməsində ehtiyac yoxdur. Neft bazarında vəziyyət stabildir, qiymətlər da sabitləşir”.

APA.az

Ən sərfəli krediti almaq üçün müraciət et