OPEC+ ölkələrinin neft hasilatının azaldılması sazişini cari vəziyyətdə uzatmaq lazımdır. Energetika naziri Pərviz Şahbazov belə hesab edir.
“Düşünürəm ki, zaman çox düzgün seçilib, indi bizim son ayları təhlil etmək üçün vaxtımız olacaq, yəni bazarın iqtisadi və ya geosiyasi xarakterli hadisələrə reaksiyasını. Fikrimcə, gələn həftə Vyanada bu məsələləri müzakirə etmək və düzgün qərar qəbul etmək üçün yaxşı imkanımız olacaq”, - nazir Peterbuqrda Gələcək Liderlər Forumu çərçivəsində jurnalistlərə bildirib.
“Düşünürəm ki, bu əməkdaşlıq davam etdirilməlidir. Ötən dövr ərzində yaxşı nəticələrimiz vae, əsas odur ki, çətinliklərə baxmayaraq, bazar tarazlaşdırılmış qalmalıdır”, - Şahbazov vurğulayıb.
“Fikrimcə, ilk yarımillikdə əldə olunan razılıqlar, bu format davam etdirilməlidir. Bu proqramın minimum olduğunu düşünürəm”, - nazir bildirərək qeyd edib ki, “əgər heç nə baş verməsə, mövcud rejimi (sazişin) davam etdirmək düzgün olardı”.
Şahbazov sazişin uzadılmasına dair razılığın əldə olunmasında çətinlik görmür. “Hələlik bunu görmürəm. Kiminsə qarşı çıxması mənə məlum deyil. Bütövlükdə, orta məxrəcin oduğunu düşünürəm, lakin görüş zamanı daha çox şey öyrənəcəyik”, - o bildirib.
Marja