"OPEC" qlobal neft tələbi proqnozunu yenidən nəzərdən keçirib | Banco.az

"OPEC" qlobal neft tələbi proqnozunu yenidən nəzərdən keçirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

"OPEC" qlobal neft tələbi proqnozunu yenidən nəzərdən keçirib.

Banco.az xəbər verir ki, "OPEC" bu il üçün qlobal neft tələbi ilə bağlı artım proqnozunu aşağı istiqamətdə yeniləyib.

Buna əsasən, qlobal neft tələbinin bu il ötən illə müqayisədə gündəlik təxminən 1 milyon 300 min barel artaraq 105 milyon 50 min barel olacağı gözlənilir. Halbuki bu rəqəm əvvəlki hesabatda 105 milyon 200 min barel kimi proqnozlaşdırılmışdı.

Tələbin ötən illə müqayisədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) daxil olmayan ölkələrdə gündəlik təxminən 1 milyon 250 min barel, İƏİT ölkələrində isə cəmi 40 min barel artacağı hesablanır.

Bu il üçün neft tələbinin gündəlik 59 milyon 310 min barelini İƏİT-ə daxil olmayan ölkələrin, 45 milyon 740 min barelini isə İƏİT ölkələrinin təşkil edəcəyi gözlənilir.

Digər tərəfdən, ötən il qlobal neft tələbinin təxminən 103 milyon 750 min barel səviyyəsində olduğu ehtimal edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram