"OPEC" qlobal neft tələbatı üzrə artım proqnozunu dəyişməz saxlayıb | Banco.az

"OPEC" qlobal neft tələbatı üzrə artım proqnozunu dəyişməz saxlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bu il üçün qlobal neft tələbatının artması ilə bağlı proqnozunu dəyişməyib.

Banco.az xəbər verir ki, OPEC-in aylıq neft bazarı hesabatına görə, bu il qlobal neft tələbinin ötən illə müqayisədə gündəlik 2 milyon 320 barel artaraq 101 milyon 900 min barelə çatacağı gözlənilir.

OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) regionunda gündəlik tələbatın 230 min barel artaraq 46 milyon 230 min barelə çatacağı, OECD üzvü olmayan ölkələrdə isə gündəlik 2 milyon 90 min barel artaraq 55 milyon 670 min barel olacağı hesablanır. 

Hesabatda həmçinin qeyd olunub ki, fevral ayında qlobal neft tədarükü əvvəlki ayla müqayisədə gündəlik 600 min barrel artaraq təxminən 101 milyon 900 min barelə yüksəlib ki, bu da ötən ilin səviyyəsindən 2 milyon 800 min barel çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et