OPEC+ qərarından sonra neftin qiyməti aşağı düşüb | Banco.az

OPEC+ qərarından sonra neftin qiyməti aşağı düşüb

Müəllif:Mehin Qasımova,Banco.az

OPEC+ avqustda neft hasilatını gözlənildiyindən daha əhəmiyyətli dərəcədə artırmaq qərarına gəldikdən sonra bazar ertəsi neft qiymətləri ucuzlaşır.

Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,31 dollar (0,45%) ucuzlaşaraq 67,99 dollar/barelə bərabər olub. Cümə günü bu kontraktlar 0,5 dollar (0,7%) azalaraq 68,3 dollar/barel olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində avqust ayı üçün WTI neftinin fyuçersləri cümə axşamı günü bağlanış səviyyəsindən 0,76 dollar ucuzlaşaraq bir barelə görə 66,24 dollar təşkil edib. Cümə günü NYMEX-də əsas ticarət ABŞ-da Müstəqillik Gününün qeyd olunması səbəbindən keçirilməyib.