OPEC ötən ay qlobal neft tədarükünün 1 milyon barel azaldığını açıqlayıb | Banco.az

OPEC ötən ay qlobal neft tədarükünün 1 milyon barel azaldığını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

OPEC: May ayında qlobal neft tədarükü 1 milyon barel azalıb.

Banco.az xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) qlobal neft tədarükünün may ayında əvvəlki aya nəzərən gündəlik təxminən 1 milyon barel azalaraq 100 milyon 200 min barelə çatdığını açıqlayıb.

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq neft bazarı hesabatına görə, qrupun gündəlik xam neft hasilatı sözügedən dövrdə əvvəlki ayla müqayisədə 464 min barel azalaraq 28 milyon 60 min barel olub.

OPEC-in qlobal neft hasilatındakı payı isə 28 faiz olaraq qeydə alınıb.

Bu dövrdə OPEC daxilində xam neft hasilatı ən çox Nigeriya, İran və Anqolada artım göstərib. Xam neft hasilatının ən çox azaldığı ölkələr isə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Küveyt olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram