OPEC ötən ay neft hasilatını artırıb | Banco.az

OPEC ötən ay neft hasilatını artırıb

Tamara Mustafayeva, Banco.az

OPEC oktyabr ayında neft hasilatının həcmini artırıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) gündəlik xam neft hasilatı oktyabrda əvvəlki aya nəzərən 220 min barel artmaqla təqribən 27 milyon 450 min barelə çatıb. Birliyin qlobal neft hasilatı üzrə payı bu ay 28,1% hesablanıb.

OPEC-in aylıq hesabatına görə, qlobal neft tədarükü isə ötən ay sentyabra nəzərən gündəlik 1 milyon 740 min barel artımla təqribən 97 milyon 560 min barelə yüksəlib.

Sözügedən dövrdə OPEC-ə daxil olmayan ölkələrdə gündəlik neft hasilatı da 1 milyon 520 min barel artaraq 70 milyon 110 min barel qeydə alınıb. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, okytabr ayı ərzində OPEC daxili ölkələrdən Səudiyyə Ərəbistanı və Venezuelada istehsal artarkən, Nigeriya və Qabonda isə azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et