Tamara Mustafayeva, Banco.az
OPEC+ Nazirlər Komitəsinin dünənki iclasında gündəlik hasilatın 2 milyon barel azaldılması qərara alınıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, OPEC+ Nazirlər Komitəsi dünən baş tutan iclasda qlobal iqtisadiyyatın zəifləməsi nəticəsində yaranan neft qiymətlərindəki ucuzlaşmanı dayandırmaq üçün üzv ölkələrin gündəlik hasilat limitini 2 milyon barel azaltmaq qərarına gəlib.
OPEC+ ölkələrinin bir çoxu hal-hazırda öhdəlik götürdükləri kvotadan aşağı hasilat həyata keçirdiyi üçün qərarda qəbul edilən miqdarın qlobal tədarükə az təsir göstərəcəyi qeyd edilir. Bu o deməkdir ki, OPEC+ hasilatı azaltmadan müəyyən edilmiş yeni istehsal kvotalarına çatacaq.
Bununla belə, ixtisar qərarı ittifaq tərəfindən yüksək enerji xərcləri səbəbindən hazırda inflyasiya ilə mübarizə aparan qlobal iqtisadiyyatda növbəti şok təsiri yaratma riski daşıyan bir addım kimi qiymətləndirilir.
Qeyd edək ki, sözügedən qərar ittifaqın 2020-ci ildən bəri qəbul etdiyi ən böyük ixtisar qərarıdır.
Bizi sosial şəbəkələrdən izləyin!!