Müəllif: Gülnar Əhmədli, Banco.az
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələrinin 2026-cı il üçün gündəlik xam neft hasilatı üzrə proqnozunu açıqlayıb.
Banco.az EIA-nın aylıq hesabatına istinadən xəbər verir ki, bu il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatının 33.36 mln. barel olacağı proqnozlaşdırılır. Bu, qurumun əvvəlki proqnozundan 0.93 mln. barel azdır.
Hesabata əsasən, gələn il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 34.63 mln. barel olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!
