"OPEC+" ölkələri neft hasilatını daha çox artıracaq | Banco.az

"OPEC+" ölkələri neft hasilatını daha çox artıracaq

OPEC+ formatının iştirakçısı ölkələri may ayında gündəlik hasilatı 432 min barel artıracaq.

Belə bir qərar "OPEC+" nazirlərinin monitorinq komitəsi tərəfindən verilib. 2021-ci ilin avqust ayından bu yana hər ay gündəlik hasilat 400 min barel artırılırdı.

Xatırladaq ki, 2020-ci ildə koronavirus pandemiyası üzündən dünya neft bazarında tələbatın kəskin azalması ilə bağlı "OPEC+" formatı çərçivəsində gündəlik hasilatın həcmi 2018-ci ilin oktyabr səviyyəsinə nisbətən 9,7 milyon barel azaldılmışdı. Sonrakı dövrdə iqtisadiyyatın dirçəlməsilə bağlı hasilatın ixtisarı şərtləri dəfələrlə dəyişdirilib.

report.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram