"OPEC" neft tələbatı ilə bağlı proqnozunu yeniləyib | Banco.az

"OPEC" neft tələbatı ilə bağlı proqnozunu yeniləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“OPEC” bu il üzrə qlobal neft tələbatının artması ilə bağlı proqnozunu yüksəldib.

Banco.az xəbər verir ki, “OPEC”in aylıq neft bazarı hesabatına görə, qlobal neft tələbinin bu il ötən illə müqayisədə gündəlik 2 milyon 320 min barel artaraq təxminən 101 milyon 870 min barelə çatacağı gözlənilir.

Bu artımın hərəkət verici qüvvəsi kimi artıq Kovid-19 məhdudiyyətlərinin ləğv edildiyi Çində gözlənilən iqtisadi canlanma göstərilir.

Qeyd edilib ki, qlobal neft tələbinin ilin birinci rübündə əvvəlki ilə nisbətən gündəlik 1 milyon 900 min barel artacağı, sonrakı rüblərdə isə bu artım tendensiyasının davam edəcəyi gözlənilir.

OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) regionunda tələbatın gündəlik 350 min barel artaraq 46 milyon 470 min barelə, OECD üzvü olmayan ölkələrdə isə gündəlik 1 milyon 960 min barel artaraq 55 milyon 400 min barelə çatacağı hesablanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et