"OPEC+" neft hasilatının tədricən artırılmasından imtina edə bilər | Banco.az

"OPEC+" neft hasilatının tədricən artırılmasından imtina edə bilər

"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri sentyabrın 1-də keçiriləcək görüş zamanı razılaşmanın cari şərtlərinə yenidən baxa bilər.

Bunu Küveytin neft və ali təhsil naziri Məhəmməd Abdel Lətif əl-Fares "Reuters"ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, danışıqlar nəticəsində "OPEC+" ölkələri önümüzdəki bir neçə ay ərzində hasilatın gündə 400 min barel artırılması qərarından imtina edə bilərlər.

Nazir onu da qeyd edib ki, bazarlarda yavaşlamalar qeydə alınıb, bəzi bölgələrdə COVID-19-un dördüncü dalğası yer alıb, buna görə də daha ehtiyatlı olmaq və şərtləri yenidən müzakirə etmək lazımdır.

Qeyd edək ki, avqustun 1-dən etibarən "OPEC+" ölkələri nazirlərinin ötən ay keçirilmiş 19-cu iclasında qəbul edilən yeni "Əməkdaşlıq Bəyannaməsi" qüvvədədir. Yeni razılaşmaya görə, avqustdan başlayaraq (avqust-dekabr aylarında – red.) "OPEC+" ölkələrinin hər ay gündəlik xam neft hasilatını 400 min barel artırması planlaşdırılır. Bu qərarın qüvvədə olduğu müddətdə Azərbaycan gündəlik xam neft hasilatını hər ay təxminən 7 min barel artırmaq və müvafiq olaraq ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə etmiş olacaq.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et