OPEC neft hasilatını azaldacaq | Banco.az

OPEC neft hasilatını azaldacaq

OPEC-in bu gün Vyanada keçirilən sammitində təşkilata daxil olan ölkələrin ümumi neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması barədə qərar qəbul edilib. 

Bu barədə məlumat sammitdə iştirak edən ölkələrdən birinin məsul şəxsi tərəfindən verilib. 

Qeyd edək ki, bir neçə saat bundan əvvəl hasilatın 1,4 mln. barel/gün azaldılması ilə bağlı müzakirələrin getdiyi açıqlanıb. 

Ən sərfəli kredit üçün müraciət et

Bununla da OPEC-in gündəlik hasilatı 32,5 mln. barelə endirməsi qərara alınıb. Açıqlamanın ardından "Brent" markalı neftin qiyməti 50,8 dollar/barelə enib. Qiymətin 50 dollar/bareldə tarazlıq tapması gözlənilir.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et