OPEC+ Qrupunun Ortaq Nazirlər Monitorinq Komitəsinin (JMMC) yığıncağından sonra verilən açıqlamada, qlobal neft təklifi və tələbi arasındakı fərqin azalması kimi bazar şərtlərinin gedərək yaxşılaşdığına dair bəzi işarələr olduğu bildirilib.
Koronavirusa yoluxanların artması səbəbilə bazardakı yaxşılaşmanın daha yavaş reallaşdığı qeyd edilən açıqlamada, neft bazarında kövrəklik və tələblə əlaqədar qeyri-müəyyənliklər olduğu vurğulanıb.
Açıqlamada, qrupun, koalisiya üzvü olmayan Meksika da daxil olmaqla istehsalın azaldılması razılaşmasına iyul ayında 97% əməl etməsi yüksək qiymətləndirilib.
Neft İxrac edən Ölkələr Təşkilatından (OPEC) verilən açıqlamada, OPEC+ adı ilə tanınan və 23 ölkənin daxil olduğu qrupun, cəmi xam neft istehsallarını 1 Maydan 30 İyuna qədər gündəlik 9,7 milyon barel azaldacağı bildirilmişdi.
Gündəlik xam neft istehsalının azaldılması miqdarı 1 İyul -31 dekabr arasındakı 6 ay ərzində 7,7 milyon barel, 1 Yanvar 2020-30 Aprel 2022 arasındakı 16 ay ərzində isə 5,8 milyon barel olacaq.
marja
Bizi sosial şəbəkələrdən izləyin!!