"OPEC+" könüllü olaraq tədarükün azaldılması müddətini uzadıb | Banco.az

"OPEC+" könüllü olaraq tədarükün azaldılması müddətini uzadıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Səudiyyə Ərəbistanı, Rusiya və bəzi “OPEC+” istehsalçıları xam neft tədarükünün könüllü şəkildə ixtisarını uzadıblar.

Banco.az xəbər verir ki, Səudiyyə Ərəbistanı və Rusiya, bəzi digər “OPEC+” istehsalçıları ilə birlikdə könüllü olaraq xam neft tədarükünün azaldılmasını ikinci rübün sonuna qədər uzadacaqlar.

Səudiyyə Ərəbistanının dövlətə məxsus Səudiyyə Mətbuat Agentliyi bazar günü ölkənin Energetika Nazirliyindəki rəsmi mənbəyə istinadən xəbər yayıb ki, Səudiyyə Ərəbistanı gündəlik könüllü 1 milyon barel xam neft hasilatının azaldılmasını iyun ayının sonuna qədər uzadacaq.

Bununla da Ər-Riyadın xam neft hasilatının iyun ayının sonuna qədər gündəlik təxminən 9 milyon barel olacağı ifadə edilib.

Rusiya baş nazirinin müavini Aleksandr Novak da Rusiya dövlət agentliyi vasitəsilə bəyan edib ki, Rusiya iyunun sonuna qədər hasilatı və ixracatını sutkada ümumilikdə 471 min barel azaldacaq.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Moskva birinci rübdə tədarükünü gündəlik 500 min bareldən bir qədər çox azaltmaq üçün könüllü olmuşdu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et