“OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) iclası martın 18-də Bakıda keçiriləcək. Bu barədə OPEC-in məlumatında deyilir.
JMMC, həmçinin OPEC+ çərçivəsində 2019-cu ilin yanvar ayından qüvvəyə minmiş yeni sövdələşmənin icrasının monitorinqini aparacaq.
"JMMC iştirakçı ölkələri 2019-cu ildə bazarda tarazlığa nail olunmasına əmin olmaq üçün təklif həcminə düzəliş edilməsi ilə bağlı öhdəliklərini tam və vaxtında yerinə yetirmək məqsədilə səylərini artırmağa çağırır”, - deyə məlumatda bildirilir.
Marja