Müəllif: Tamara Mustafayeva, Banco.az
OPEC+-ın iyun iclası onlayn formatda keçiriləcək.
Banco.az xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC ölkələrindən ibarət OPEC+-ın hasilat siyasəti iclası 2 iyun tarixində onlayn olaraq keçiriləcək.
Qeyd edək ki, OPEC+ daha əvvəl iyunun 1-də Vyanada keçirilməsi planlaşdırılan görüşün iyunun 2-də onlayn keçiriləcəyini açıqlayıb.
OPEC+ hasilatın könüllü ixtisarının müddətini uzadan Səudiyyət Ərəbistanının rəhbərliyi ilə 2024-cü ilin ilk yarımili üçün sutkada təqribən 2.2 milyon barel ixtisar tətbiq edir.
OPEC+-ın 2022-ci ilin sonundan etibarən həyata keçirdiyi ixtisar tədbirləri ABŞ və digər qeyri-üzv istehsalçıların hasilatının artdığı bir mühitdə baş verib.
Bizi sosial şəbəkələrdən izləyin!!