OPEC iyulda hasilatı artırıb | Banco.az

OPEC iyulda hasilatı artırıb

İyul ayında OPEC ölkələri iyun ayı ilə müqayisədə gündəlik neft hasilatını 980 min barel artırıb.

Bu barədə OPEC-in aylıq hesaabatında qeyd edilib.

İyul ayında OPEC  ölkələrinin gündəlik neft hasilatı 23,17 mln  barel təşkil edib.

Ən böyük artım Səudiyyə Ərəbistanı (866 min barel), BƏƏ (98 min barel), Küveytdə (73 min barel) baş verib. Bu ölkələr iyun ayında öhdəliklərindən əlavə könülü olaraq gündəlik 1 mln barel, 100 min barel və 80 min barel hasilatını azaltmışdı.

Ötən ay İraq da gündəlik hasilatını 40 min  barel artırıb.

Ümumilikdə, OPEC  ölkələri OPEC+ sazişinə iyun ayında 96,7% əməl edib.

Ən sərfəli kredit üçün müraciət et

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et