OPEC-in qərarının icrasına başlanıldı | Banco.az

OPEC-in qərarının icrasına başlanıldı

İraq Neft Nazirliyi OPEC-in neft istehsalının azaldılması ilə əlaqədar verdiyi qərarın yeni ildə tətbiq edildiyini bildirdi.

Neft naziri Cabbar əl-Laıbi nazirliyin rəsmi saytından verdiyi açıqlamada, OPEC-in Vyanadakı son yığıncaqda verdiyi, "gündəlik neft istehsalının azaldılması" ilə əlaqədar qərara ölkəsinin razı olduğunu qeyd edərək, "Yeni ildə ölkədəki xam neft istehsalının azaldılmasına başlanıldı." deyə bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, OPEC və 11 müstəqil neft istehsalçısı ölkə, qlobal neft bazarını sabitliyə qovuşdurmaq üçün keçən ay gündəlik neft istehsalını təxminən 1,2 milyon barel azaldılması istiqamətində qərar almışdı.

Ən sərfəli krediti almaq üçün müraciət et