OPEC-in neft hasilatı ötən ay kəskin azalıb | Banco.az

OPEC-in neft hasilatı ötən ay kəskin azalıb

Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) neft hasilatı keçən ay Səudiyyə Ərəbistanına təşkil olunan hücumlar və Venesuela iqtisadiyyatında tənəzzül kimi bir sıra mənfi amillərdən dolayı kəskin düşüb. 14 üzvü olan kartel ötən ay gündəlik orta hesabla 28.32 milyon barrel neft hasil  edib. Bu, son 10 ilin ən aşağı səviyyəsidir. Ancaq ironik bir şəkildə, bazar istehsalın təkrar artmasına ehtiyac duymaya bilər.

Neft kartelinin istehsalı son 10 ilin ən aşağı səviyyəsi olan Sentyabr səviyyələrinin yaxınlığında qalsa belə, bazar 2020-ci ilin ilk yarısında kəsir verməyəcək. Bu vəziyyət, ölkə neft sənayesi tarixinin ən böyük böhranını yaşamasından sonra istehsalını normal hala qaytarmağa çalışan Səudiyyə Ərəbistanının Dekabr ayında bir araya gəldiklərində tərəfdaşlarını təkrar hasilatı azaltmağıa getməyə razı edə biləcəyi anlamına gəlir.

Ən sərfəli kredit üçün müraciət et

Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) 14 üzvü ötən ay gündəlik orta hesabla 28.32 milyon barrel neft hasil edib. Bu istehsal yaxın perspektivdə neft ehtiyatlarındakı artıqlığın "əriməsinə" səbəb olacaq, ancaq Beynəlxalq Enerji Agentliyinin (IEA) proqnozlarına görə, bu miqdar, gələn ilin əvvəllərində dünyanın OPEC-dən ehtiyac duyduğu miqdar ilə təqribən eynidir.

Neft qiymətləri ötən ay Səudiyyə Ərəbistanının neft müəssisələrinə təşkil edilən hücumdan sonra kəskin yüksəlmişdi. İndi investorların diqqəti uzanan ABŞ-Çin ticarət müharibəsində və ABŞ-da artan şist nefti istehsalındadır.  Hazırda neft qiymətləri OPEC üzvlərinin bir çoxunun dövlət xərclərini ödəməsinə çatacaq səviyyələrdən aşağıdır.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et