OPEC-in gündəlik neft hasilatı 273 min barel artıb | Banco.az

OPEC-in gündəlik neft hasilatı 273 min barel artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ötən ay gündəlik neft hasilatı Nigeriyada 141 min barel, Səudiyyə Ərəbistanında 82 min barel, Küveytdə 25 min barel artdığı halda, Venesuelada 25 min barel, Ekvatorial Qvineyada isə 14 min barel azalıb.

Banco.az xəbər verir ki, bu, OPEC-in aylıq hesabatında qeyd edilib.

Sentyabrda OPEC-in xam neft hasilatının qlobal istehsalda payı 27,6%-ə yüksəlib.

OPEC-ə daxil olmayan ölkələrin hasilatı isə eyni dövrdə gündəlik 300 min barel azalaraq 72,9 milyon barel olaraq qeydə alınıb.

Sentyabrda qlobal neft hasilatı avqust ayı ilə müqayisədə dəyişməyib. Qlobal neft tədarükü avqustda təxminən 100,6 milyon barel səviyyəsində olub.

Ən sərfəli kredit üçün müraciət et

Ötən ay dünyada neft qazma qurğularının sayı 30 ədəd azalaraq 1830-a enib. Qazma qurğularının sayı OPEC ölkələrində 8 ədəd, qeyri-OPEC ölkələrində isə 22 ədəd azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et