OPEC+ hasilatda gözlənilməz ixtisar qərarı verib | Banco.az

OPEC+ hasilatda gözlənilməz ixtisar qərarı verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

OPEC+ koalisiyası gündəlik hasilatı 1 milyon bareldən çox azaltmaq qərarına gəlib.

Banco.az xəbər verir ki, neft bazarının bank böhranı səbəbindən tənəzzül yaranacağı və Çinin tələb perspektivi ilə bağlı narahatlıqlar fonunda qeyri-sabit bir dövrdən keçdiyi günlərdə OPEC+-dan gözlənilməz ixtisar qərarı gəlib.

Belə ki, ittifaqa daxil olan ölkələr may ayından etibarən gündəlik neft hasilatını 1 milyon bareldən çox azaltmalı olacaq.

Sözügedən qərarda ilk sırada yer alan ölkələrdən biri Səudiyyə Ərəbistanı olub. Qeyd edək ki, Səudiyyə Ərəbistanı Energetika Nazirliyinin rəsmisi sözügedən qərarın neft bazarında sabitliyi təmin etmək üçün verilən ehtiyat tədbiri olduğunu bildirib.

Rusiyanın neft hasilatını iyulda 500 min barel də azaltması ilə iyul ayından etibarən 1,6 milyon barel azalma olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, 2022-ci ilin oktyabrında keçirilən iclasda OPEC+ ölkələri 2023-cü ilin sonuna qədər gündəlik neft hasilatını 2 milyon barel azaltmaq qərarına gəlmişdilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et